2010-cu ilin 20 aprel tarixində Meksika körfəzindəki baş verən yanğında günahkarların müəyyənləşməsi məlum olub. SİA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, aparılan araşdırmalar nəticəsində BP şirkəti və müştərək işlədiyi digər şirkətlər yanğının günahkarları qismində məhkəməyə cəlb ediləcəklər.
Xatırladaq ki, Meksika körfəzindəki platformada baş verən yanğın nəticəsində ABŞ tarixində ən dəhşətli ekoliji fəlakət yaşanıb. BP şirkəti bir sıra günahlarını etiraf etsə də bəzi məsələlərdə Halliburton və Transocean şirkətlərini də bu işdə günahlandırıb. Hətta hər üç şirkət arasında ayrıca məhkəmə baxışları da keçirildiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB