Ərdoğanın Tunisə səfəri başlayıb

Ərdoğanın Tunisə səfəri başlayıb
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Tunisə səfəri başlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hökumət başçısı Tunisə Misirdən yollanıb. O, Qahirədə Misirin faktiki rəhbəri, marşal Məhəmməd Tantavi, baş nazir İsam Şərif, Ərəb Ölkələri Liqasının baş katibi Nabil əl-Ərəbi və Fələstin dövlətinin lideri Mahmud Abbasla görüşüb. Rəcəb Tayyib Ərdoğan Tunisə səfəri çərçivəsində ölkənin vitse-prezidenti və baş naziri ilə danışıqlar aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə