ABŞ üçün ən ciddi terror təhlükəsini “Əl-Qaidə” törədir

ABŞ üçün ən ciddi terror təhlükəsini “Əl-Qaidə” törədir
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Devid Petreus bəyan edib ki, Birləşmiş Ştatlar üçün ən ciddi terror təhlükəsini hazırda Ərəbistan yarımadasında "Əl-Qaidə" qrupu təşkil edir. SİA NTV.ru-ya istinadən xəbər verir ki, D. Petreus 2001-ci il 11 Sentyabr hücumlarından 10 il sonra ABŞ-ın əks-terror səylərinin qiymətləndirilməsinə dair bu gün Konqresdə keçirilən dinləmələrdə danışıb.

O deyib ki, \"Əl-Qaidə\"nin Cənubi Asiyada bazası zəifləsə də, təşkilatın başqa yerlərdə, xüsusilə də Ərəbistan yarımadasında fəaliyyət göstərən qolu güclənib və indi özü hücumlar həyata keçirmək qabiliyyətinə malikdir.

O qeyd edib ki, Ərəbistan yarımadasında "Əl-Qaidə" son iki ildə ABŞ-a qarşı iki dəfə qeyri-müvəffəq hücum cəhdi edib. Dinləmələrdə iştirak edən FTB-nin direktoru Robert Müller isə deyib ki, Ərəbistan yarımadasında "Əl-Qaidə" ilə yanaşı yerli ekstremist qruplar da ABŞ-ın təhlükəsizliyinə ciddi təhlükə törədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB