ABŞ-da 46 milyon “bomj ” var
Hazırda ABŞ-da 46 milyon insan səfil həyatı sürür. SİA ABŞ mətbuatına istinadən məlumat verir ki, bir il ərzində bu ölkədə 2,8 milyon insan səfillər sırasına qoşulub. Ümumilikdə isə, onlar 15, 1 faizi təşkil edirlər ki, bu da keçən illərə nisbətən 0,8 faiz çoxdur.

Eyni zamanda o da bildirilir ki, ölkə resessiya (böhranın ən çətin dövrü) mühitindən çıxmasına rəğmən, səfil həyatı sürən amerikalıların sayı durmadan artmaqdadır. Artıq bu halın 4 ildir ki, davamlı xarakter aldığı deyilir. Bu, son 52 ildə ən çox göstərilən rəqəmdir.

Bütün xəbərlər Facebook səhifəmizdə