Keçmiş prezident bəraət qazanıb

Keçmiş prezident bəraət qazanıb
Buenos-Ayres məhkəməsi Argentinanın keçmiş prezidenti Kalos Menemanı kontrabanda işinə görə bəraət qazandırıb. SİA Lenta.ru-ya istinadən xəbər verir ki, K.Menema iddialara görə, 1990-cı illərdə Xorvatiya və Ekvadora silah göndərib.

K.Menema 1989-1999-cu illər ərzində Argentinanın prezidenti olub. 1991-1995-ci illər ərzində o, bir neçə sənəd imzalayıb ki, həmin sənədlər müqabilində Xorvatiyaya silah göndərilib. Hansı ki, həmin dövrlər ərzində keçmiş Yuqoslaviyaya BMT tərəfindən embarqo qoyulmuşdu.

İttihamın digər hissəsində qeyd olunur ki, 1995-ci ildə eks-prezident Ekvadora da silah göndərib. Həmin dövrlərdə Ekvador Peru dövləti ilə sərhədyanı torpaqların bölüşdürülməsi istiqamətində razılığa gəlmədiyinə görə, müharibə aparırdı. Belə ki, Argentinanın bunu etməyə haqqı yox idi. Çünki bu dövlət imzalanmış müqaviləyə əsasən, Ekvador-Peru arasındakı münaqişədə sülhün qarantı rolunu oynayırdı.

Məhkəmə zamanı Menem sənədləri imzalamasını inkar etməyib. O, məhkəməni inandırmağa nail olub ki, həqiqətən də həmin silahların hansı ölkələrə göndəriləcəyindən bixəbər olub.

K.Menem bu məsələ ilə bağlı hələ 2001-ci ildə həbs olunmuşdu. Lakin o zaman eks-prezident yarım il ev dustağı qaldıqdan sonra azad edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB