İtaliyada fişəng istehsal edən müəssisədə yanğınla davam edən partlayış baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, paytaxt Roma şəhərindən 120 km aralıda yerləşən Arpino şəhəri yaxınlığında qeydə alınmış hadisə tələfatla nəticələnib.
Bildirilir ki, azı 5 nəfər ölüb. Həmçinin, xəsarət alanlar var. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər alovun yayılmasının qarşısını almağa müvəffəq olub. Hadisə ilə əlaqədar araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB