Türkiyə qırıcıları bundan sonra İsrail təyyarələrini düşmən təyyarələri kimi \"tanıyacaq\" - YENİLİK

Türkiyə qırıcıları bundan sonra İsrail təyyarələrini düşmən təyyarələri kimi \"tanıyacaq\" - YENİLİK
Türkiyədə nəşr edilən "Star" qəzetinin yazdığına görə, Türkiyə Hərbi Hava Qüvvələri öz arsenalına qırıcı aviasiyanı idarə edə biləcək yeni sistem daxil edib. SİA bu ölkənin mətbuatına istinad edərək məlumat verir ki, həmin sistemi Türkiyənin "Turkey\'s Military Electronics Industry (ASELSAN) təşkilatı hazırlayıb və o, ABŞ-ın mövcud olan "Identification Friend or Foe" (IFF) sistemini əvəzləyəcək.
Qeyd edək ki, bu sistem Türkiyə HHQ-nə məxsus "F-16" qırıcılarında quraşdırılıb və onlar avtomatik olaraq İsrailə məxsus təyyarələri "dost" təyyarə kimi qəbul edir. Bu da onlara atəş açmağa imkan vermirdi. Türkiyənin yeni sistemi isə yenidən proqramlaşdırılıcaq və İsrail təyyarələri orada düşmən təyyarələri kimi göstəriləcək. Yeni sistem nəinki təyyarələrdə, eləcə də hərbi gəmilərdə və sualtı qayıqlarda quraşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə