Keniyada baş verən neft yanğınında 100-dən artıq insan həlak olub
Keniyanın paytaxtı Nayrobidə yerləşən neft borusu xəttində güclü partlayış baş verib. SİA bu ölkənin "KBC News" agentliyinin və "Capital News" radiostansiyasının verdiyi xəbərə istinadən bildirir ki, xilasedicilər 102 nəfərin cəsədini çıxarmağa nail olublar. 80 nəfərdən artıq insanlar isə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yaxınlıqdakı xəstəxanalara aparılıblar.
Neft borusunun keçdiyi əraziləri əhalinin sıx yaşadığı kvartallar əhatə edir. Məhz bu səbəbdən zərər çəkənlərin əksəriyyəti öz evlərində olanlar və ətrafda gəzən insanlardır. Yanğınsöndürənlər isə alovun bütün rayonu əhatə edəcəyindən ehtiyat edirlər. Ölənlərin sayının 200 nəfərə çatacağı da verilən məlumatlarda qeyd olunmaqdadır. Belə ki, bir-birindən aralı müxtəlif məsafələrdə partlayışlar davam etməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB