Suriya ilə BMT-nin rəqəmləri üst-üstə düşmür

Suriya ilə BMT-nin rəqəmləri üst-üstə düşmür
SİA "Agence France-Presse"agentliyinə istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsədin siyasət və informasiya məsələləri üzrə köməkçisi Butainə Şaban ölkəsində baş verən hadisələr nəticəsində ölənlərin sayını iki dəfə azaldıb. O, Moskvaya etdiyi səfəri çərçivəsində etdiyi çıxışlarının birində ölənlərin sayının 1400 nəfəri keçmədiyini dilə gətirib.
Bu vasitə ilə suriyalı xanım siyasətçi daha öncə BMT-nin insan haqları komissarı Navi Pillayın 2600 nəfərin öldüyü barədə dediklərini təkzib edib. Şaban Rusiya federasiya şurasının üzvləti ilə söhbət etdiyi zaman, hər iki tərəfdən 700 nəfərin öldüyünü bildirib. "Hətta Suriya hökuməti ölənlərin adbaad siyahısını da ictimaiyyətə təqdim edə bilər", - deyə suriyalı rəsmi deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə