Türkiyədə fabrik yandı

Türkiyənin Kocaeli vilayətinin Gebze qəsəbəsində fəaliyyət göstərən kimya fabrikində yanğın baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, yanğın qısa müddət ərzində böyüyüb və partlayışlar başlayıb.
Gebze bələdiyyəsinin yanğınsöndürmə briqadaları kifayət etmədiyindən ətraf qəsəbələrdən də yardıma yanğınsöndürmə dəstələri çağırılıb. Yanğın nəticəsində yaranan qatı tüstü üzündən bəzi avtomobil yolları bağlanıb. Bu səbəbdən qatarların hərəkəti də dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə