Sakit okeanın ABŞ sahilində yerləşən San Onofre atom elektrik stansiyasında qəza baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Kaliforniya ştatında fəaliyyət göstərən stansiyanın 2 reaktorunda baş vermiş qəza Meksika və ABŞ-ın Kaliforniya və Arizona ştatlarının elektrik enerjisi ilə təchizatında fasiləyə səbəb olub.
Nəticədə, 10 milyon insan işıqsız qalıb. Həmçinin, avtomobil yollarında tıxaclar yaranıb, Meksikanın Tixuan şəhərindəki beynəlxalq hava limanında aviareyslərin 90 faizi təxirə salınıb. Baş vermiş qəzanın aradan qaldırılması istiqamətində müvafiq işlər görülür. İlkin məlumata görə, qəzaya generatorların həddindən artıq qızması səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB