İran və Rusiya nüvə sahəsində əməkdaşlığı artırır

İran və Rusiya nüvə sahəsində əməkdaşlığı artırır

İran və Rusiya nüvə sahəsində əməkdaşlığı artırmaq barəsində razılığa gəlib. SİA-nın rəsmi İran xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, İranın xarici işlər naziri Əli Əkbər Salehi iki ölkə arasında nüvə sahəsində və digər mövzularda əhəmiyyətli razılaşmalar imzalandığını bildirib. Salehi bu barədə fikrini Tehranı ziyarət edən Rusiyanın enerji naziri Sergey Şmatkoyla görüşməsindən sonra deyib. O, razılaşmanın detalları haqqında başqa fikir söyləməyib.

Qeyd edək ki, İran rusiyalı nazirin də açılışına qatılacağı Buşehr enerji stansiyasını Rusiyanın köməkliyi ilə tikib.

Bütün xəbərlər Facebook səhifəmizdə