Liviyada Müəmmər Qəddafiyə sadiq qüvvələrin nəzarətində olan yeganə şəhər Bəni-Valid uğrunda döyüşlər davam edir. Üsyançılar artıq şəhərin girəcəyində mövqe tutublar. Onlar paytaxt Tripolinin cənubunda yerləşən şəhərdən 3 kilometr məsafədə qərarlaşıblar.
Bəni-Valid şəhərindəki bəzi yaşayış binalarından qara tüstünün qalxdığı görünür. Qəddafi əleyhdarları 1-2 gün ərzində şəhərdə nəzarəti ələ keçirəcəklərinə əmin olduqlarını bəyan ediblər.
Bəni-Validdən NATO hərbi təyyarələrinin uğultusu və partlayış səslərinin gəldiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB