Liviya üsyançılarının lideri Tripoliyə gəlib

Liviya üsyançılarının lideri Tripoliyə gəlib

Liviyadakı müvəqqəti milli şuranın rəhbəri Mustafa Abdel Jalil qiyamdan sonra ilk dəfə olaraq paytaxt Tripoliyə gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, milli şuranın rəhbəri hava limanında çıxış edərkən əhalini birliyə, günahları bağışlamağa və ölkəni tezliklə bərpa etməyə çağırıb.


Mustafa Abdel Jalil həmçinin Qaddafiylə məsələnin hələ ki, tam bitmədiyini deyib. Məlumatlara görə, NATO təyyarələri şənbə günü Bani-Valid şəhərində Qaddafi qüvvələrinin mövqelərini bombalayıb.


Həmçinin Qaddafinin doğma şəhəri Sirt ətrafında döyüşlər gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə