İsrail səfiri Misirdən qaçıb

Misirin Daxili İşlər Nazirliyi paytaxt Qahirədəki İsrail Səfirliyi qarşısında polis ilə nümayişçilər arasındakı qarşıdurmalarda ən az 450 adamın yaralandığını bildirib. SİA-nın Türkiyənin \"Sabah\" qəzetinə istinadən verdiyi xəbərə görə, səfirliyin qarşısındakı qarşıdurmalar hələ də davam etməkdədir. Binanı dünən günorta saatlarından etibarən mühasirəyə alan nümayişçilər içəri girərək çox sayda sənəd də ələ keçirib. Səfirliyin qarşısına toplaşan polislər qarşıdurmaya son vermək üçün havaya atəş açıb və göz yaşardıcı bombalardan istifadə edib.

.

Bütün xəbərlər Facebook səhifəmizdə