Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan şimalı Afrika ölkələrinə səfər edəcək

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan şimalı Afrika ölkələrinə səfər edəcək

Sentyabrın 12-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın şimalı Afrika ölkələrinə səfəri başlayır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ərdoğan Misir, Tunis və Liviyaya səfər edəcək. Ərdoğanın Qahirədə Misirin müvəqqəti hökuməti ilə strateji əməkdaşlığa dair danışıqlar aparacağı gözlənilir. Onun Qəzzaya gedəcəyi də istisna olunmur.

Xatırladaq ki, Ərdoğan keçən ay Somaliyə səfər edib.


Bütün xəbərlər Facebook səhifəmizdə