ABŞ Türkiyə-İsrail əlaqələrinin normallaşmasına ümid edir

ABŞ Türkiyə-İsrail əlaqələrinin normallaşmasına ümid edir

Türkiyə-İsrail əlaqələrinin ən qısa zamanda normallaşdırılmasını gözləyirik. SİA-nın Türkiyə mətbuata istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın Ankaradakı səfiri Fransis Rikkardone deyib.

Türkiyə-İsrail münasibətlərindəki son vəziyyətə toxunan səfir tərəflər arasında münasibətlərin mövcud vəziyyətinin son dərəcə kədərli olduğunu söyləyib: "Türkiyə-İsrail əlaqələri regionun sabitliyi üçün vacib əhəmiyyət daşıyır. Ən qısa zamanda tərəflər arasında əlaqələrin normallaşdırılmasını gözləyirik. Xüsusilə diplomatiya qapısı mütləq açıq olmalıdır\".

Bütün xəbərlər Facebook səhifəmizdə