BDP-yə qarşı terror ittihamı
Türkiyənin Milliyyət qəzetinə istinadən SİA xəbər verir ki, Barış və Demokratiya Partiyasının bazar günü keçirdiyi konqresdə asılan şüarlar "terror təşkilatının təbliğatı" ittihamı ilə araşdırılacaq. Artıq Ankara Cümhuriyyət Baş Prokurprluğu həmin konqreslə bağlı iddianamələr hazırlayıb.
Qeyd edək ki, BDP-nin sonuncu konqresində PKK rəhbəri Abdullah Öcalanın portretləri asılmış, terror təşkilatını təbliğ edən şüarlar səsləndirilmişdi. Şüarlarda "Müstəqil Kürdüstan, Demokratik Türkiyə", "Barışın elçisi İmralıdadır" kimi ifadələr yer almışdı. Onu bildirək ki, BDP-yə həmsədrlər seçilmiş və bu vəzifənin icrası Səlahəddin Dəmirdaşla, Əminə Aynaya verilmişdir.
Konqresdə PKK terror təşkilatının marşı da oxunub. "Yaşasın Apo" şüarları səslənən konqresdə gerçəkləşdirilən videogörüntülərdə Qəndil əməliyyatlarında öldükləri iddia edilən 7 şəxsin şəkilləri verilərək, "AKP öldürür" kimi fikirlər yer almışdı. Konqresin açılışında isə bir dəqiqəlik sükut anonsundan sonra tribunalardakı kütlə PKK-nın qəhrəmanlıq marşını oxumuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə