Liviya müxalifətçiləri qonşu Nigerə nümayəndələrini göndərib

Liviya müxalifətçiləri qonşu Nigerə nümayəndələrini göndərib
Liviyanın Müvəqqəti Keçid Şurası qonşu Nigerə öz nümayəndələrini göndərib. Məqsəd isə Niger rəsmiləri ilə Qəddafinin ehtimal olunan sığınacağının yerini öyrənməkdən ibarətdir. Eyni zamanda Niger dövlətindən Liviya ərazisindən aparılan qızılların geri qaytarılması da tələb olunub. SİA Lenta.ru-ya istinad edərək xəbər verir ki, Nigerin baş naziri isə Qəddafi tərəfdarlarının ölkə ərazisində olduqlarını etiraf etsə də polkovnikin Nigerdə olmadığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə