Meksika körfəzinin cənub hissəsində növbəti -"Neyt" qasırğasının yarandığı bildirilir. SİA Lenta.ru-ya istinadən məlumat verir ki, qasırğa bir neçə gündən sonra ABŞ sahillərini vuracaq. Bu barədə Associated Press agentliyi də xəbər verir.
Hazırda qaqsırğanın episentrində küləyin sürəyi saatda 72 km-i təşkil edir. Onun belə bir vəziyyətdə daha iki gün qalacağı deyilir. Metereoloqlar isə bildirirlər ki, "Neyt" həftənin cümə günü ABŞ sahillərinə tərəf istiqamət götürəcək. Bu artıq 2011-ci ildə 14-cü Atlantik qasırğadır. Çərşənbə günü axşam yaranan "Mariya" qasırğası isə amerikalilar üçün ciddi fəlakət sayilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB