Türkiyəni NATO-nun havadan müdafiə radarı mövzusunda ittiham etdikdən sonra, Tehran rəsmiləri tərəfindən bu dəfə Suriyayla bağlı xəbərdarlıqlar səslənib. İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası üzvü Rərviz Sururi bildirib ki, ABŞ Türkiyəni Suriyaya qarşı qızışdırır. İranın Fars xəbər agentliyi isə məlumat verir ki, Vaşinqton Türkiyə ilə Suriyanı müharibəyə çəkməyə cəhd edir. "İki müsəlman ölkə arasında yaşanacaq bir müharibə sadəcə ABŞ ilə bölgədəki digər işğalçı güclərin işinə yarayır", - deyə agentlik bildirir.
ABŞ-ın bölgədə yaşananları diqqətdən qaçırmaq üçün Türkiyəni Suriyaya qarşı bir hərbi hərəkata yönəltdiyini iddia edən iranlı rəsmi, "Təəəssüf ki, rəsmi Ankara ABŞ-ın bu cür siyasətinə qarşılıq verir" deyə Pərviz Sururi deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB