Ərdoğandan BDP-yə soyuq duş
Türkiyə Böyük Millət Məclisinə gəlmək və and içmək mövzusunda "lazımi şəraitin olmadığını" iddia edən və and içməmək üçün müxtəlif bəhanələr irəli sürən BDP-li millət vəklilləri növbəti dəfə baş nazir Ərdoğanın soyuq münasibəti ilə qarşılaşıblar.

SİA Türkiyə mətbuatına istinadən bildirir ki, BDP-nin parlamentə getməməsi TBMM üçün heç bir problem yaratmır."BDP-nin parlamentə gəlməsini demokratik baxımdan lazımlı bilirik. Amma gəlməmələri Türkiyə üçün əksiklik deyil. Yəni BDP-li deputatların TBMM-ə gəlməmələri Türkiyədə demokratiyaya xələl gətirmir. Bu onların əskikliyidir. İtirən də məhz onlardır. Gec-tez onlar parlamentə gələcəklər", - deyə Ərdoğan bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə