Ərdoğan İsrailə mesaj göndərdi

Ərdoğan İsrailə mesaj göndərdi
İsraillə bağlı tarixi qərar verən Türkiyə hökuməti bütövlükdə İsrail dövləti ilə bütün sahələrdə əməkdaşlığını dondurduğunu bəyan edib. Eyni zamanda Türkiyə gəmilərinin beynəlxalq qanunlar çərçivəsində bundan sonra da üzəcəyi vurğulanıb.

SİA xəbər verir ki, bu barədə Türkiyənin DHA agentliyi xəbər verir. Bu mövzuda münasibət bildirən baş nazir Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə gəmiləri bundan sonra lazım olan hər yerdə üzəcək və buna heç kim əngəl olmayacaq."Gəmilərimiz o sularda bundan sonra özlərini sıx-sıx göstərəcəklər", - deyə Türkiyənin baş naziri vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə