İsrail Türkiyəyə xəbərdarlıq etdi?

İsrail Türkiyəyə xəbərdarlıq etdi?
İsrailin rəsmi hərbi dairələrindən Türkiyəyə xəbərdarlıq olunub. Türkiyənin Doğan Ajans xəbər agentliyinin verdiyi məlumata istinadən SİA xəbər verir ki, yəhudi dövləti bu xəbərdarlığında Türkiyə-İsrail gərginliyinə münasibət bildirib.

Xəbərdarlıqda bildirilir ki, bu gərginlik bütün Orta Şərqi ağuşuna ala biləcək savaş təjlükəsindən xəbər verir. "Jerusalem Post" qəzeti yazır ki, İsrail ordusunun daxili cəbhə komandanı, general Eyal Eysenberq Türkiyə-İsrail münasibətlərinin pozulması və ərəb dünyasında yaşanan inqilabların gedərək dərinləşməsi nəticəsində Orta Şərqdə yeni savaşın ortaya çıxa biləcəyini istisna etməyib. Təl-Əvivdəki Beyləxalq Təhlükəsizlik İnstitunda məruzə ilə çıxış edən general Eysenberq, Türkiyə-İsrail krizisi ilə ərəb dünyasındakı hadisələrin nəzarət altına alınmaması hər an müharibəyə çevrilmə potensialı daşıdığını deyib. Yəhudi general İsrai ilə sərhəd olan Suriya, Misir və Qəzza cəbhələrində də vəziyyətin yaxşı olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə