Yəməndə dinc sakinlər öldürüldü

Yəməndə dinc sakinlər öldürüldü
SİA ərəb mətbuatına istinadən bildirir ki, Yəmən hərbi hava qüvvələri ölkənin cənub ərazisində yerləşən "Əl-Qaidə" hədəflərini vurarkən yeddi nəfər dinc sakin ölüb. Peyk vasitəsi ilə yayımlanan "Əl-Ərəbiyyə" televiziya kanalının məlumatına görə, Əbyan-Zənzibar vilayətlərindən 12 km şimalda yerləşən Cəər şəhərinə iki dəfə hava həmləsi edilib. Hava həmləsi nəticəsində yeddi nəfər ölməklə, beş nəfər insan yaralanıb. Hədəflərdən biri yanlışlıqla şəhər məscidi olub.
Xatırladaq ki, "Əl-Qaidə" qruplaşmasının bir hissəsi may ayından etibarən Zənzibar əyalətinin bir neçə şəhərini öz nəzarəti altına almağa müvəffəq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə