ABŞ yağışdan çıxdı yağmura düşdü. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, birləşmiş ştatları indi də \"Lee\" tropik qasırğası alt-üst edir. Leysan yağışlarla müşayiət olunan qasırğa Luiziana və Missisipi ştatlarında minlərlə sakini işıqsız qoyub.
Küləyin gücü saatda 97 kilometrə çatıb. Luizianada sel suları yaşayış evləri və iş yerlərinə dolub. Yolları su basıb. Ştatın Yeni Orlean şəhərində yaşayış evlərinə ziyan dəyib.
\"Lee\" tropik qasırğası ilə əlaqədar 237 neft-qaz platforması və 23 qazma quyunun işçiləri evakuasiya edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB