Merkelin partiyası uduzdu
Almaniyanın Xristian Demokratik İttifaqı Partiyası Maklenburq-Ön Pomeraniya torpaqlarında keçirilmiş regional seçkilərdə uğursuzluğa düçar olub. O cümlədən bildirilir ki, Almaniya Kansleri Angela Merkel də məhz həmin torpaqlarda anadan olub. SİA Agence Presseyə istinadən məlumat verir ki, sentyabrın 4-də baş tutmuş regional seçkilərin nəticələri hələli məlum olmasa da, exitpollar belə qənaətə gəliblər ki, AXDP bu seçkilərdə uduzub. Hakim partiyanın rəqibləri-Almaniya Sosial Demokrat Partiyasl 37, "Sollar" 17, "Yaşıllar2 isə 8,5 faiz səs toplamağa müvəffəq olublar. AXDP 2001-ci ildə də bir neçə ciddi məğlubiyyətlərə düçar olmuşdur. Belə ki, Merkelin partiyası 58 ildə ilk dəfə Baden-Vürtemberq torpaqlarında keçirilmiş seçkilərdə səs toplaya bilməmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə