Liviya müxalifətçiləri Müəmmar Qəddafinin tərəfdarları ilə razılığa gələ bilməyiblər. Belə ki, Bəni Vəlid şəhərinin təslim edilməsi istiqamətində aparılan danışıqlar növbəti dəfə nəticəsisz qalıb. Qeyd edək ki, Qəddafinin də məhz bu şəhərdə olduğu bildirilir. Bu barədə Assoşeyted Press agentliyi üsyançıların nümayəndəsi Abdulla Kənşilə istinadən xəbər verir.
O da bildirilir ki, hələ bazar günü səhər saatlarında üsyançılar şəhər müdafiəçilərinə ultimatum veriblər. Qəddafi rejiminin mətbuat katibi Musa İbrahim isə bildirib ki, əgər müxalifətçilər şəhərə silahsız girsələr, bu zaman daışıqlar aparmağa dəyər. Lakin üsyançılar bu təklifdən də imtina ediblər və şəhərə hücum edəcəklərini açıqlayıblar.
France Presse agentliyi isə xəbər verir ki, Qəddafinin daha iki oğlu-Səədi və Mütəəssim də Bəni Vəlid şəhərində atalarının yanlarındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB