Misirin hakimiyyətdən kənarlaşdırılan keçmiş lideri Hüsnü Mübarək bu gün üçüncü dəfə hakim qarşısına çıxacaq. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, kütləvi iğtişaşlar zamanı çox sayda insanın öldürülməsi üçün təlimat verməkdə, həmçinin dövlətin əmlakını mənimsəməkdə ittiham olunan Mübarəkə qarşı dörd polisin ifadə verməsi göslənilir.
Eyni zamanda hakimin qərarı ilə kütləvi informasiya vasitələrinin nümayəndələri məhkəmə zalına buraxılmayacaq.
Xatırladaq ki, misirlilər fevral ayında 30 ildir ölkəni idarə edən Prezident Hüsnü Mübarəkə qarşı kütləvi üsyana başlayıblar. 18 gün davam edən üsyan nəticəsində 83 yaşlı Mübarək istefa verməyə məcbur olub. Hadisələr zamanı ümumilikdə 850-dək insan ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB