"Həmas" üçün silahların daşınmasına mane olmaq üçün gördüyümüz tədbirlərə görə üzr istəməyə ehtiyac yoxdur. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.
Netanyahu Türkiyə ilə münasibətlərin yaxşılaşacağına ümid etdiyini, lakin \"Mavi Mərmərə\" hadisəsi ilə bağlı üzr istəməyəcəklərini deyib: "Biz ölənlərə görə təəssüflənirik. Ümid edirəm ki, Türkiyə ilə əlaqələrin yaxşılaşdırılmasının bir yolunu taparıq. Türkiyə ilə əlaqələri heç vaxt kəsmək istəməmişik. Vətəndaşlarımızı və övladlarımızı qorumağımıza görə üzr istəməyəcəyik\", - deyə o vurğulayıb.
Bu arada isə İsraili sosial narazılıq nümayişləri bürüyüb. 500 minə yaxın İsrail vətəndaşı ölkədə kütləvi nümayişlərə başlayıb. Etiraz aksiyasının əsas tələbi yüksək qiymətlərə və sosial ədalətsizliyə son qoyulması, vergilərin və yaşayış xərclərinin azaldılması, pulsuz təhsilin təmin edilməsi olub.
Ən iri nümayişlər Təl-Əviv, Qüds və Hayfa şəhərlərində keçirilib. Kütləvi etirazlara cavab olaraq hökumət xüsusi komissiya yaradılacağına və iqtisadi islahatların aparılacağına söz verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB