YəməninƏdən
şəhərində minalanmış avtomobilin partlaması nəticəsində ən azı beş nəfər
hərbçinin öldüyü, yeddi nəfərin isə yaralandığı bildirilir. SİA bu barədə məlumatı ölkənin
müstəqil informasiya saytı \"Əl-Məsdər\"ə istinadən xəbər verir. Terror aktı şənbə
günü axşam saatlarında hərbi keçid məntəqəsi yaxınlığında gerçəkləşdirilib.
Hələlik hadisənin terror aktı olduğu məlumat verilsə də, onun hansı qruplaşma tərəfindən törədilməsi müəyyənləşdirilməyib. Lakin hüquq-mühafizə orqanları bunun \"Əl-Qaidə\" terror təşkilatının Yəmən qolu tərəfindən gerçəkləşdiyini istisna etmir.
Xatırladaq ki, Yəmənin cənubunda yerləşən Əbyan vilayətində may ayının axırlarından qanlı döyüşlər səngimir. Belə ki, \"Əl-Qaidə\" terror təşkilatının silahlıları vilayətin Zənzibar şəhərinə hücum edərək hökumət qüvvələrini şəhərdən çıxarmağa nail olublar. Yəmən ordusunun hərbi hava qüvvələri, ağır vəzirehli artileriyası vilayəti geri qaytarmağa səy göstərsə də hələlik heç bir ciddi irəliləyiş əldə edə bilməyiblər.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB