Taliban bu dəfə Əfqanıstanın ən sakit bölgələrindən sayılan Bamian şəhərində növbəti qanlı hadisəsini törədib. SİA hadisə yaşanan bölgənin qubernatoru Əbdül Rəhman Əhmədinin verdiyi məlumata istinad edərək bildirir ki, cümə günü axşam Kuxmard qəsəbəsində növbə çəkən polis avtomobilinə RPQ-7 qumbaraatanından atəş açılmışdır. İnsident nəticəsində üç sıravi və bir zabit yerindəcə həlak olmuşdur. Eyni zamanda, polis avtomobilinin yanında hərəkət edən sıravii vətəndaşların da maşınları partlayışdan zərər çəkmişdir. Hazırda əhali arasında yaralanan və ölənlər barədə məlumat dəqiqləşdirilir.
Talibanın mətbuat nümayəndəsi Zəbiulla Mücahid isə beynəlxalq KİV-ə xəbər verib ki, partlayış nəticəsində ən azı 8 polis öldürülüb.
Xatırladaq ki, Bamian bölgəsində əsas olaraq, xəzərilər tayfası yaşayır və ora Əfqanıstanın ən sakit əyalətlərindən hesab edilir. Əyalətin təhlükəsizliyi yaxınlara qədər NATO güclərinin əlində olub. Sonradan həmin güclər təhlükəsizlik missiyasını əfqan tərəfinə təhvil verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB