“Cemelli” xəstəxanasında 80 yeni doğulmuş körpə vərəm xəstəliyinə tutulub - QALMAQAL

“Cemelli” xəstəxanasında 80 yeni doğulmuş körpə vərəm xəstəliyinə tutulub - QALMAQAL
İtaliyada yeni qalmaqal səhifəsi açılıb. Ölkənin RAİ teleşirkətinin internet saytına istinadən SİA-nın verdiyi məlumata görə, məşhur "Cemelli" xəstəxanasında 80 yeni doğulmuş körpə tuberkulyoz (vərəm) xəstəliyinə tutulub. Xəstəliyin yayıcısı isə bir müddət əvvəl xəstəxananın doğum şöbəsində çalışan tibb bacısı olub. Həmin tibb bacısının mart-iyul aylarında adıçəkilən xəstəxanada işlədiyi və həmin dövrlərdə anadan olan uşaqlara xəstəliyi ötürməsi məlum olub. Uşaqların müayinəsi isə dama etməkdədir.
Paytaxt Romada yerləşən "Cemelli" xəstəxanası öz nəhəngliyinə görə Avropada ön sıralarda gedir və ora sadəcə klinika deyil, həm də elmi araşdırmalar mərkəzidir. O da bir faktdır ki, vaxtilə "Cemelli" xəstəxanasında bütün katoliklərin papası ikinci İoan Pavel də dəfələrlə müalicə və müayinə edilib. 1981-ci ildəki sui-qəsddən sonra da Papanın cərrahiyyə əməliyyyatı həmin xəstəxanada keçirilib.
Lakin avqustun ortalarından başlayaraq xəstəxananın nüfuzu anidən itməyə başlayıb. Orada çalışan tibb bacılarının birində vətəm xəstəliyi aşkarlanıb. Tibb bacısı isə vərəmə öz həyat yoldaşından yoluxduğunu bildirib və bunu bilə-bilə xəstəxanaya işə düzəlib.

Tanınmış italiyalı tibb ekspertlərinin gəldikləri qənaət isə tükürpədicidir. Onlar hesab edirlər ki, həmin müddət ərzində, minə yaxın yeni doğulmuş körpə tuberkulyoz xəstəliyinə yoluxa bilər və "Cemelli" xəstəxanasında mart-iyul aylarında anadan olan hər bir körpə mütləq ciddi həkim müayinəsindən keçməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə