Nigeriya və CAR-da baş verən yol qəzalarında 43 ölü

Nigeriya və CAR-da baş verən yol qəzalarında 43 ölü

Nigeriyanın cənub-qərbində, Ondo ştatında çoxsaylı insan tələfatı ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Laqos şəhərindən paytaxt Abudja şəhəri istiqamətində hərəkət edən iki sərnişin avtobusu ardıcıl olaraq iki yük avtomobilinə çırpılıb. Nəticədə, avtobuslardan biri tamamilə yanıb, digəri isə çevrilib. Ümumilikdə, baş vermiş qəzada 32 nəfər ölüb.

Anoloji hal Cənubi Afrika Respublikasında baş verib. Şərqi Kap əyalətində sərnişin avtobusu sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə 11 nəfər ölüb, 38 nəfər isə yaralanıb. İlkin ehtimala görə, qəzaya texniki nasazlıq səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə