Parisdə Liviyanın gələcək taleyini həll edəcək konfrans öz işinə başlayıb

Parisdə Liviyanın gələcək taleyini həll edəcək konfrans öz işinə başlayıb
Fransanın paytaxtı Parisdə Liviyanın gələcək taleyini həll edəcək beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın verdiyi məlumata görə, konfransa müxtəlif beynəlxalq təşkilatlar və onlarla ölkənin rəsmi nümayəndələrinin qatıldığı bildirilir.
Lakin Liviyanın özündə vəziyyət kritik olmaqda davam edir. Belə ki, Müəmmar Qəddafinin iqtidarı dönəmində Liviya XİN-inə rəhbərlik edən Əbdül-ati Əl-Übeydi həbs olunub. Eyni zamanda. müxalifətçilərin əlində olan eks-xarici işlər nazirinin oğlu Seyf əl-İslam atasının sağ olduğunu bildirib və onun uğrunda döyüşəcəyini istisna etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə