Ria.Novosti-nin xəbərinə istinadən SİA məlumat verir ki, ABŞ Liviya Müvəqqəti Keçid Şurasına qarşı tələb irəli sürüb. ABŞ hökuməti qəti olaraq tələb edir ki, Əbdülbasit əl-Mehraqi yenidən həbs edilsin. Xatırladaq ki, Liviya vətəndaşının 1988-ci ildə Şotlandiya səmalarında partlatdığı Amerika sərnişin təyyarəsində çoxsaylı insan itkisi baş vermişdi.Əl-Mehraqi 9 il həbs yatdıqdan sonra, xəstəliyi ilə əlaqədar Britaniya həbsxanasından azadlığa buraxılmışdı. O da bəllidir ki, hazırda Mehraqi ölümcül xəstədir və zaman-zaman komaya düşür.
\"Biz Liviyanın MKŞ-dən xahiş etmişik ki, əl-Mehraqinin yenidən həbs edilərək, qanun qarşısında cavab verməsinə şərait yaratsınlar. Onun əllərində günahsız insanların qanı var. Lakin Qəddafi rejimi bu terrorçunu qəhrəman edib. Yeni demokratik Liviya bu cür terrorçulara qarşı tamamilə başqa cür davranmalıdır\", - deyə ABŞ dövlət departamentində çıxış edən xarici siyasət rəsmisi Viktoriya Nuland bildirib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB