ABŞ prezidenti Barak Obamanın ölkədə qeyri-leqal yaşadığına görə və sərxoş vəziyyətdə sükan arxasında olduğuna görə, həbs gözləyir. Məsələ ondadır ki, onun ABŞ ərazisində yaşayacağı da sual altındadır. \"Australian\" qəzetinin verdiyi xəbərə görə, avqustun 24-də Ömər Onyanqo Obama Massaçusets ştatında yerləşən barlarıb birindən çıxaraq, sərxoş halda idarə etdiyi Mitsubisi avtomobilinin sükanı araxasına keçib və polisin həmin ərazidə şütüyən avtomobili ilə toqquşub. Tibbi yoxlamadan keçərkən, 67 yaşlı prezident əmisinin qanında iki dəfə artıq alkoqol müəyyən olunub ki,bu da ştat qanunlarına ziddir. Aparılan yoxlamalardan sonra o da bəlli olub ki, sən demə, Ömər Onyanqo Obamanın ABŞ ərazisində yaşamaq üçün heç bir hüquqi sənədi yoxdur. Miqrasiya xidmətindən isə bildirilib ki, daha öncələr bu şəxsin ABŞ hüdudlarından çıxarılması üçün müvafiq tapşırıqlar verilib. Lkin Ömər Obamanın Keniyaya geri qaytarılması istiqamətində heç bir tədbir görülməyib.
Xatırladaq ki, bir müddət öncə, Barak Obamanın bibisi Zeytuni Obama da qeyri-leqal yaşadığına görə, ABŞ-dan deportasiya olunacaqdı. Lakin o, bu ölkədə 10 ildən artıq yaşadığına görə, sonradan vətəndaşlıq alamağa nail olub.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB