Qəddafi ordusu tərk etdiyi ərazilərdə qətllər törədir

Qəddafi ordusu tərk etdiyi ərazilərdə qətllər törədir

Liviya hökumət qüvvələri həbsxananı tərk etməzdən öncə 18 məhbusu öldürüb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Human Rights Watch (HRW) təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Sarah Leah Wilson bildirib.

O, avqustun 26-da Müəmmər Qəzzafinin qərargahı yaxınlığında 18 cəsəd aşkar edildiyini onların Liviya hökumət qüvvələri tərəfindən həftənin əvvəlində edam olunduğunu vurğulayıb. Bundan əlavə səhra klinikasının ətrafında da əlavə 29 cəsəd aşkar edilib.

Döyüşlər isə davam edir. Belə ki, Liviya üsyançıları ölkənin qərbinə doğru irəliləyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə