ABŞ-da və Sloveniyada dəmiryolu qəzası baş verib

ABŞ-da və Sloveniyada dəmiryolu qəzası baş verib

ABŞ-da Nebraska ştatının cənub-qərbində dəmiryolu qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə sərnişin qatarının yük avtomobili ilə toqquşması nəticəsində baş verib. İçərisində 178 sərnişinin olduğu 3 vaqon relsdən çıxaraq aşıb. İlkin məlumata görə, 26 nəfər xəsarət alıb. Qatarın Kaliforniya ştatından Çikaqo ştatı istiqamətində hərəkət etdiyi bildirilir.

Anoloji hadisə Sloveniyada da baş verib. Yesenitsa şəhərindəki stansiyada sərnişin və yük qatarı toqquşub. Nəticədə, 32 nəfər xəsarət alıb. Tələfat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə