ABŞ-da ekoloji fəlakət

ABŞ-ın Aydaho ştatında təbii yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ümumi sahəsi 11 ha təşkil edən yanğın işlənilmiş radioaktiv yanacağın saxlanıldığı Aydaho Milli Laboratoriyasına yaxınlaşır. Əraziyə cəlb edilmiş yanğınsöndürənlər alovun qarşısını ala bilmir.

Yaranmış vəziyyətlə əlaqədar laboratoriyanın əksər əməkdaşları təxliyyə edilir. Laboratoriyanın ətrafında müvafiq işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə