Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən NATO qondarma respublika Abxaziyada dünən keçirilən prezident seçkilərini tanımadığını bildirən bəyanat yayıb. SİA-nın "Qruziya-online" agentliyinə istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir: " İttifaq Gürcüstanın mövcud sərhədləri çərçivəsində ölkənin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir".
Qeyd edək ki, separatçı qurumda keçirilən prezident seçkilərinin qalibi keçmiş prezidentin müavini Aleksandr Ankvab olub. O, səslərin 55 faizini toplayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB