Liviyada Müəmmar Qəddafi hakimiyyətinə qarşı aparılan əməliyyatlar çərçivəsində NATO təyyarələri Qəddafi ordusuna qarşı 42 dəfə hava hücumu edib. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, qarşıdurmaların qismən davam etdiyi paytaxt Tripolidə 4, Qəddafinin anadan olduğu Siirtdə 19 hədəf vurulub.
Bundan əlavə NATO təyyarələri ölkənin digər bölgələrində də 8 hədəfə hücum təşkil edib.
Liviya müxalifətinin döyüşçüləri isə paytaxt Tripoli beynəlxalq hava limanının yaxınlığındakı Sıxar min Gaşir məhəlləsini ələ keçəriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB