Liviyanın keçmiş lideri Müəmmar Qəddafi Əlcəzairə qaçıb. SİA-nın xəbərinə görə, bu barədə məlumatı \"Reuters\" Misir KİV-inə istinadən verib. Məlumata əsasən, ötən gün 6 ədəd xüsusi zirehlənmiş "Mercedes" avtobilindən ibarət olan karvan Liviya sərhədindən Əlcəzairə keçib: "Ehtimal ki, həmin avtomobillərdə hakimiyyətdən devrilən Qəddafi, onun oğulları və ona yaxın vəzifəli şəxslər olub".
Məlumatda həmçinin qeyd olunur ki, nümayişçilərin həmin avtomobil karvanının qarşısını kəsmək cəhdi isə alınmayıb.
"RBK" nin yaydığı xəbərə əsasən isə Əlcəzair hakimiyyəti dərc olunan xəbərlərə hələ münasibət bildirməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB