NATO aviasiyası Liviya lideri Müammər Qəddafinin doğma şəhəri Sirtə hava zərbəsi endirir. SİA-nın Suriyanın "Əl Uruba" telekanalına istinadən verdiyi məlumata görə, Sirtdə Müammər Qəddafini dəstəkləyən yerli sakinlərlə qiyamçı dəstələr arasında qızğın döyüşlər olub.
"Associated Press" agentliyinin məlumatına görə isə Qəddafinin qoşunları Sirtə doğru irəliləyən qiyamçı dəstələrin qarşısını kəsiblər. Döyüşlərin hazırda Bin Cavad və Ras-Lanuf yaşayış məntəqələri arasında getdiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB