Mərkəzi Seçki Komissiyası 94 və 109 saylı DSK-ların qərarlarını ləğv edib
Mərkəzi Seçki Komissiyası 94 və 109 saylı DSK-ların qərarlarını ləğv edib. SİA xəbər verir ki, əvvəlcə 109 saylı Balakən seçki dairəsi ilə bağlı müraciətə baxılıb. Komissiya sədri Məzahir Pənahov DSK-nın məntəqə seçki komissiyasına ayrılmış yerlərin partiyalar arasında bölüşdürülməsi barədə qərarı qəbul etdiyini bildiri. MSK məsələni araşdırdıqdan sonra DSK-nın qərarını ləğv edib.
Oxşar müraciət 94 saylı Bərdə kənd seçki dairəsində də müşahidə edilib. Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadə tərəfindən edilən müraciət təmin olunub. MSK bu DSK-nın məntəqə seçki komissiyasına ayrılmış yerlərin partiyalar arasında bölüşdürülməsi barədə qərarını da ləğv edib.
Ədalət Partiyasının Daşkəsən rayon təşkilatının sədrinin 100 və 101 saylı seçki dairələri ilə bağlı müraciət isə təmin edilməyib.
Sonda 5 saylı Şahbuz-Babək seçki dairəsi seçki komissiyasının tərkibində dəyişiklik edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB