“Ayrin” qasırğası ABŞ-da

\"Ayrin\" qasırğası ABŞ-ın şimal-şərq ərazilərinə yaxınlaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Nyu-York ştatının ətraf ərazilərində müşahidə edilən yağış tədricən güclənir. Yaranmış vəziyyətlə əlaqədar ölkənin Nyu-York, Nyu-Cersi, Virciniya, Merilend və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət elan edilib. Xilasedicilər gücləndirilmiş iş rejiminə keçib. Şimali Karolina ştatında əhali təxliyyə edilir. Nyu-York ştatının ətraf ərazilərindən isə əhalinin təxliyyəsi planlaşdırılır. Təhlükəsizlik tədbirləri çərçivəsində qatarların hərəkəti məhdudlaşdırılıb, aviareyslər təxirə salınıb.

Qeyd edək ki, son bir neçə gün ərzində \"Ayrin\" qasırğası Puerto-Riko, Haiti, Dominikan Respublikası, Baham adaları və Kuba ərazisindən keçib. Nəticədə, Dominikan Respublikasında 4 nəfər ölüb, itkin düşmüş hesab edilənlər var. Digər ölkələrdə subasma və dağıntı baş versə də tələfat qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə