Fransa prezidenti Nikolya Sarkozi Liviyaya gedəcək

Fransa prezidenti Nikolya Sarkozi Liviyaya gedəcək

Fransanın Leparisien.fr agentliyinin məlumatına görə, prezident Nikolya Sarkozi yaxın dövrdə Liviyaya səfər etməyi qərara alıb. Saytın verdiyi məlumata əsasən, Fransa prezidenti Liviyaya tək deyil, Böyük Britaniyanın baş naziri Devid Kemeronla getməyi məsləhətləşib. Lakin o, nəzərdə tutulan səfərin Qəddafinin ələ keçirilməsindən sonra reallaşacağını da istisna etməyib. Digər məlumatda isə bildirilir ki, ehtimala görə, bu səfər sentyabrın 1-də Parisdə keçiriləcək "Liviyanın dostları" adlı beynəlxalq konfransdan sonra gerçəkləşəcək.

Fransa prezideninin rəsmi məlumat mənbəsindən bildirilir ki, əgər səfər baş tutarsa, o zaman yalnız paytaxt Tripoli deyil, Benqazi və Misurarta şəhərləri də ziyarət ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə