Rusiyanın baş naziri Vladimir Putinin mediadakı görüntülərinə hər gün yenisi əlavə olunur. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Putin Smolensk Bölgə Xəstəxanasını ziyarət əsnasında sağ çiynini müayinə etdirib.
Travmotoloq Viktor Petroçenkov və mətbuat mənsublarının qarşısında pencəyini, qalstukunu və köynəyini çıxaran Putin sağ çiyninin səhər idmanı edərkən zədələndiyini söyləyib. Rusiyanın ən məşhur siyasi liderini müayinə edən Petroçenko Putinə istifadə etməsi üçün xüsusi bir yastıq və ağrıkəsici dərman təklif edib.
Rusiyanın baş naziri xəstəxanadan çıxarkən vətəndaşlarla görüşüb, söhbət edib və problemləri ilə maraqlanıb.
Mütəmadi olaraq maraqlı görüntülərlə Rusiya və dünya ictimaiyyətinin qarşısına çıxan Putinin 2012-ci ilin mart ayında keçiriləcək prezident seçkilərində Kremlə qayıtmaq istədiyi söhbətləri ortalıqda dolaşır. Qərb ölkələri liderlərinin fikrincə, çox yüksək xalq dəstəyinə sahib olan Putinin son iki ildə iqtisadi problemlər üzündən nüfuzu azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB