Ötən İraqda törədilən partlayışlar seriyası nəticəsində 12 nəfər ölüb. Ölkədəki terror qruplaşmalarından heç bir hücumlara görə məsuliyyəti öz üzərinə götürməyib.
SİA-nın aldığı məlumata görə, Bağdaddan 80 kilometr şimalda yerləşən Əl Karma şəhərindəki polis məntəqəsinin qarşısında partlayıcı qurğu işə düşüb. Yerli hüquq-mühafizə orqanları 5 polis əməkdaşının öldüyü barədə məlumat yayıb.
Bir qədər sonra İraq paytaxtından 65 kilometr qərbdə yerləşən Əl Fəlluca şəhəri yaxınlığındakı nəzarət buraxılış məntəqəsinin qarşısında avtomobil partladılıb. Aksiya nəticəsində 3 polis əməkdaşı və 1 dinc sakin ölüb.
Təhlükəsizlik qüvvələri nümayəndələrinin məlumatına görə, daha bir terror aktı İraqın cənub-qərbindəki Bəsrə liman şəhərində törədilib. Terrorçu partlayıcı quraşdırılmış maşınla məscidə hücum edib. Hadisə nəticəsində 3 nəfər ölüb, 23 adam ağır xəsarətlər alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB