BDP-li millət vəkilinə 23,6 il cəza istənildi

BDP-li millət vəkilinə 23,6 il cəza istənildi
Parlament seçkiləri öncəsi silahlı qarşıdurmada öldürülən PKK-çıların dəfninə və Abdullah Ocalanın lehinə şüarlar səsləndirən qrupla birlikdə mitinqə qatıldığı üçün BDP-nin Diyarbəkir millət vəkili Altan Tan 23 il 6 ay həbs cəzası verilə bilər. Bu cəzanın tətbiq olunması tələbiylə məhkəməyə müraciət edilib. SİA-nın verdiyi məlumata görə, Diyarbəkir Cümhuriyyət Baş Prokurorluğu BDP Diyarbəkir millət vəkili Altan Tan ilə bağlı hazırladığı iddianamədə 23 aprel 2011-ci il tarixində Qəhrəmanmaraş şəhərinin Bazarcıq qəsəbəsində Türkiyə silahlı qüvvələriylə silahlı atışma nəticəsində ölü olaraq ələ keçirilən PKK-lının dəfninə qatıldığı və terror təşkilatı rəhbərinin lehinə şüarlar səsləndirdiyi ifadə edilib.

İddianamədə BDP-li Tanın 16 may 2011-ci il tarixində terror təşkilatının elan ettiyi 3 günlük yas mərasiminə, sonra isə mitinq və mətbuat açıqlamasına qatıldığı, öldürülən terror mənsubları üçün sayğı duruşunda dayanıb təşkilatın təbliğini yaydığı vurğulanıb.
Ayrıca olaraq, Altan Tanın parlament seçkiləri öncəsi Diyarbəkirin Stansiya Meydanında açıq hava mitinqi təşkil ettiyi sözügedən iddiaanamədə yer alıb.
Baş Prokurorun hazırladığı iddianamədə şübhəli Tan haqqında qeyd edilən 3 olayla bağlı olaraq 2 dəfə terror təşkilatının təbliğatını etmək, 2 dəfə 2911 sayılı "Toplantı və mitinq yürüşləri qanunu"na qarşı çıxmaq və terror təşkilatının üzvü olmamaqla birlikdə təşkilat adına cinayət işlətmək maddələrindən ümumilikdə 23 il 6 aya qədər həbs cəzası istənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə